BİRJA

27 Yanvar

“Azeri Light” nefti dünya bazarlarında ucuzlaşıb

Qlobal neft bazarlarında qiymət dəyişiklikləri Azərbaycan neftinə də təsir edib.

Finss.az xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,7 faiz azalaraq 67,86 ABŞ dollarına enib. Bununla da əvvəlki qiymət səviyyəsi olan 68,34 ABŞ dolları geridə qalıb.

Mövcud qiymət dinamikasına baxmayaraq, “Azeri Light” markalı neftin hazırkı dəyəri dövlət büdcəsi üçün müəyyən edilmiş göstəricidən yüksəkdir. Belə ki, 2026-cı il üzrə Azərbaycanın dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.