BİRJA

27 Yanvar

Qlobal əmtəə bazarlarında təbii qaz qiymətləri azalıb

Qlobal enerji bazarlarında təbii qaz üzrə qiymətlər aşağı istiqamətdə dəyişib.

Finss.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında çatdırılmaq şərtilə təbii qaza dair fyuçers kotirovkaları 1 milyon BTU üzrə 4,13 faiz azalaraq 3,689 ABŞ dolları səviyyəsində formalaşıb.