BİRJA

27 Yanvar

Qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qiymət dinamikası mənfi istiqamətdə dəyişib.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,56 faiz azalaraq 5 093,46 ABŞ dolları təşkil edib.

Eyni zamanda, qiymətli metallar bazarında gümüş də kəskin ucuzlaşıb. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçersləri 7,13 faiz geriləyərək 107,215 ABŞ dollarına enib.