Qlobal enerji bazarlarında neft qiymətləri enişlə yadda qalıb.
Finss.az-ın məlumatına görə, “ICE London” qitələrarası birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin aprel ayı üçün ixrac müqaviləsinin dəyəri 0,65 faiz azalaraq 1 barel üçün 64,35 ABŞ dolları səviyyəsinə düşüb.
Eyni tendensiya ABŞ bazarında da müşahidə olunub. Belə ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında çatdırılmaq şərti ilə “WTI” markalı xam neftin bir barelinin qiyməti 0,58 faiz ucuzlaşaraq 60,28 ABŞ dolları olub.
