BİRJA

27 Yanvar

"Regional" BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Finss.az -  21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 03.02.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

"Regional" BOKT MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2005023406

İstiqrazın növü və forması

Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması

Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı

10,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

16%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir

Tədavül müddəti

3 il

Ticarətə buraxılma tarixi

03.12.2026

Anderrayter

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC