Finss.az xəbər verir ki, bazar ertəsi ticarət zamanı qiymətli metalların spot qiymətləri tarixi zirvələrə çatmaqda davam edib.
Moskva vaxtı ilə saat 15:30-a qızılın spot qiyməti 1 unsiya üçün 5 089,92 dollar səviyyəsinə çataraq sessiya ərzində maksimum 5 109,69 dollar olub. Bu, qızıl bazarında yeni rekord göstəricidir.
Eyni zamanda, gümüşün spot qiyməti də yüksələrək bir unsiya üçün 110,43 dollar olub və yeni tarixi rekord vurub.
Platinin spot qiyməti isə ilk dəfə olaraq bir unsiya üçün 2 900 dolları ötüb. Saat 15:28-də platinin qiyməti bir unsiya üçün 2 888 dollar səviyyəsində ticarət olunub.
Ekspertlər bildirirlər ki, qiymətli metalların rekord qiymətlərə çatması qlobal iqtisadi qeyri-müəyyənliklər, inflyasiya və investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə əlaqədardır. Bu isə qızıl, gümüş və platinə olan tələbini artırır.
