Finss.az - 26 yanvar 2026-cı il tarixində dünya birjasında qızılın qiymətinin artdığı, kriptovalyutaların isə əsasən mənfi dinamika nümayiş etdirdiyi bildirilib.
Məlumata görə, COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 5 000 ABŞ dolları həddini keçərək təxminən 5 070–5 100 dollar intervalında formalaşıb və bununla da tarixi maksimum səviyyə qeydə alınıb.
Eyni gündə kriptovalyuta bazarında isə fərqli mənzərə müşahidə olunub. Belə ki, Bitcoin-in qiymətinin təxminən 87 800 ABŞ dolları səviyyəsində qərarlaşdığı və son 24 saat ərzində 1 faizdən çox ucuzlaşdığı açıqlanıb.
Ethereum-un da mənfi zonada qaldığı, qiymətinin 2 860 ABŞ dolları ətrafında formalaşdığı və gündəlik itkisinin 2–3 faiz civarında olduğu vurğulanıb.
