Finss.az xəbər verir ki, cümə günü Vaşinqtonun İrana artan təzyiqi fonunda neft qiymətləri bazar ertəsi sabit qalıb.
Moskva vaxtı ilə saat 8:15-ə qədər London ICE Futures Birjasında mart ayı üçün Brent fyuçersləri 0,03 dollar (0,05%) artaraq barel üçün 65,91 dollar səviyyəsinə çatıb. Cümə günü Brent 1,82 dollar (2,8%) artaraq barel üçün 65,88 dollar olmuşdu.
Nyu-York Ticarət Birjasında (NYMEX) mart ayı üçün WTI fyuçersləri 0,05 dollar (0,08%) artaraq barel üçün 61,12 dollar səviyyəsində açılıb. Əvvəlki sessiyada WTI müqaviləsi 1,71 dollar (2,9%) artaraq barel üçün 61,07 dollar olmuşdu.
Həftə ərzində Brent 2,7%, WTI isə 2,9% artıb. Analitiklər qeyd edir ki, ABŞ-İran gərginliyi və qlobal enerji tələbatı neft bazarının həssas qalmasına səbəb olur.
