Nyu-York əmtəə bazarında təbii qaz qiymətlərində artım müşahidə olunub. Birja göstəriciləri fyuçers bazarında müsbət dinamikanın davam etdiyini göstərir.
Finss.az-ın məlumatına görə, “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında çatdırılmaq şərti ilə təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti yüksəlib.
Ticarət sessiyasının yekunlarına əsasən, 1 milyon BTU (British thermal unit) üçün təbii qazın qiyməti 4,35% artaraq 3,766 ABŞ dolları səviyyəsində formalaşıb.
