BİRJA

26 Yanvar

Neft bazarlarında cüzi qiymət artımı müşahidə olunub

Beynəlxalq neft birjalarında ticarət sessiyası zamanı qiymətlərdə mülayim artım qeydə alınıb.

Finss.az xəbər verir ki, “ICE London” qitələrarası birjasında “Brent” markalı neftin 2026-cı ilin aprel ayı üzrə ixrac müqaviləsinin qiyməti 0,05% yüksələrək bir barel üçün 65,1 ABŞ dolları səviyyəsində formalaşıb.

ABŞ bazarında da oxşar dinamika müşahidə edilib. Belə ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac olunacaq “WTI” markalı neftin bir barelinin qiyməti 0,07% artaraq 61,11 ABŞ dollarına bərabər olub.