BİRJA

26 Yanvar

Qızıl və gümüş bazarlarında rekord bahalaşma qeydə alınıb

Əmtəə bazarlarında qiymət artımı davam edir. Birja göstəricilərinə görə, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslər tarixi maksimum səviyyəni yeniləyib.

Finss.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1,65% yüksələrək 5 100,21 ABŞ dollarına çatıb. Bu göstərici indiyədək qeydə alınmış ən yüksək səviyyə kimi qiymətləndirilir.

Eyni zamanda, qiymətli metallar bazarında gümüş də ciddi bahalaşıb. COMEX-də 2026-cı ilin mart ayı üzrə gümüş fyuçersləri 6,17% artaraq bir unsiya üçün 107,58 ABŞ dolları səviyyəsində formalaşıb.