BİRJA

23 Yanvar

“Azeri Light” neftinin qiyməti dünya bazarlarında ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb.

Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,32 ABŞ dolları və ya 1,94% azalaraq 66,63 ABŞ dolları səviyyəsinə enib.

Məlumata görə, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 67,95 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2026-cı il üzrə Azərbaycanın dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.