BİRJA

23 Yanvar

COMEX-də gümüş və qızılın qiymətləri rekord səviyyəyə çatıb

Əmtəə bazarlarında gümüşün qiyməti yenidən tarixi maksimum səviyyəni yeniləyib.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti 2,42% artaraq 98,7 ABŞ dolları təşkil edib.

Eyni zamanda, dünya bazarlarında qızılın qiymətlərində də artım davam edir. Belə ki, COMEX birjasında qızılın bir unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,92% yüksələrək 4 958,64 ABŞ dolları səviyyəsinə çatıb.