Finss.az - Dünya enerji bazarlarında neft qiymətləri artım tendensiyasını davam etdirib.
“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin mart ayı üzrə fyuçers müqaviləsi əvvəlki göstərici ilə müqayisədə 0,87% bahalaşaraq 1 barel üçün 64,62 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında ticarət olunan “WTI” markalı neftin 2026-cı ilin mart ayı üzrə müqaviləsinin qiyməti 0,93% artaraq 1 barel üçün 59,91 ABŞ dollarına yüksəlib.
