Qızılın qiyməti qlobal bazarlarda artımını davam etdirərək növbəti tarixi rekord səviyyəni yeniləyib.
Finss.az xəbər verir ki, COMEX birjasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçersləri Bakı vaxtı ilə saat 03:00-da əvvəlki göstərici ilə müqayisədə 0,86% bahalaşaraq 4 955,6 ABŞ dollarına yüksəlib.
Ticarət sessiyası ərzində qızılın son qiyməti 4 942,8 ABŞ dolları səviyyəsində qeydə alınıb və gün ərzində ümumi artım 35 dollar təşkil edib.
Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,33% artaraq 4 952,31 ABŞ dolları səviyyəsində formalaşıb.
Analitiklər qızıl bazarında müşahidə olunan bu yüksəlişi qlobal maliyyə bazarlarında risk iştahasının zəifləməsi və investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə əlaqələndirirlər.
