BİRJA

22 Yanvar

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metallarının məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 22 yanvar 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.

Bülletenə əsasən, 1 ABŞ dolları – 1,7000 manat, 1 Avro – 1,9875 manat, 1 İngilis funt sterlinqi – 2,2832 manat səviyyəsində müəyyən edilib. Digər valyutalar arasında 1 Avstraliya dolları – 1,1568 manat, 1 Kanada dolları – 1,2300 manat, 1 İsveçrə frankı – 2,1392 manat, 1 Çin yuanı – 0,2442 manat, 1 Gürcü larisi – 0,6311 manat, 1 Belarus rublu – 0,5753 manat yer alıb.

100-lük vahid valyutalar üzrə 100 Yapon yeni – 1,0714 manat, 100 Rusiya rubulu – 2,2139 manat, 100 Qazaxıstan tengəsi – 0,3349 manat, 100 Macarıstan forinti – 0,5173 manat, 100 Özbək somu – 0,0140 manat olaraq təyin edilib.

Bank metalları üçün rəsmi məzənnələrdə 1 troy unsiya qızıl – 8 153,2170 manat, 1 troy unsiya gümüş – 158,5420 manat, 1 troy unsiya platin – 4 167,8050 manat, 1 troy unsiya palladium – 3 128,1870 manat səviyyəsində müəyyən olunub.

Mərkəzi Bank vurğulayıb ki, açıqlanan məzənnələr üzrə valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı heç bir öhdəlik daşınmır.