BİRJA

22 Yanvar

Brent və WTI nefti bahalaşdı

Finss.az xəbər verir ki, çərşənbə günü neft qiymətləri ticarətdə əvvəlki itkiləri bərpa edərək mülayim yüksəliş nümayiş etdirib.

Moskva vaxtı ilə saat 14:37-də Londonun ICE Futures birjasında Brent markalı mart fyuçersləri 0,13 dollar (0,2%) artaraq bir barel üçün 65,08 dollar səviyyəsinə çatıb.

Eyni dövrdə NYMEX birjasında WTI markalı neftin mart fyuçersləri 0,16 dollar (0,27%) bahalaşaraq 60,53 dollar/barel olub.

Çərşənbə axşamı hər iki neft növü Çin istehsal məlumatları və zəif ABŞ dolları ilə bağlı investor optimizmi sayəsində 1,5%-dən çox qiymət artımı göstərmişdi.

Bazarın diqqəti həmçinin Qrenlandiya ətrafındakı geosiyasi vəziyyətə yönəlib. ABŞ prezidenti Donald Tramp Danimkanın özünü idarə edən ərazisi olan adanı ilhaq etmək planlarına qarşı çıxan Avropa ölkələrindən gələn mallara yeni rüsumlar tətbiq etməklə hədələyib, bu da qlobal bazarlarda ehtiyatlılıq yaradır.

Analitiklərin fikrincə, bu geosiyasi və iqtisadi faktorlar yaxın dövrdə xam neft bazarında volatilliyi artırmağa davam edə bilər.