Finss.az - Azərbaycan Mərkəzi Bankı 21 yanvar 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.
Bülletenə əsasən, 1 ABŞ dolları – 1,7000 manat, 1 Avro – 1,9921 manat, 1 İngilis funt sterlinqi – 2,2844 manat səviyyəsində müəyyən edilib. Digər əsas valyutalar arasında 1 Avstraliya dolları – 1,1445 manat, 1 Kanada dolları – 1,2285 manat, 1 İsveçrə frankı – 2,1494 manat, 1 Çin yuanı – 0,2440 manat yer alıb.
Valyuta bazarında həmçinin 1 Gürcü larisi – 0,6311 manat, 1 Belarus rublu – 0,5753 manat, 1 Türk lirəsi – 0,0393 manat, 100 Yapon yeni – 1,0757 manat, 100 Rusiya rublu – 2,1870 manat qiymətləri təsbit olunub.
Bank metalları üzrə rəsmi məzənnələrdə 1 troy unsiya qızıl – 8 272,4720 manat, 1 troy unsiya gümüş – 160,4226 manat, 1 troy unsiya platin – 4 178,3790 manat, 1 troy unsiya palladium – 3 176,1695 manat səviyyəsində müəyyən edilib.
Mərkəzi Bank açıqlayıb ki, göstərilən məzənnələr üzrə valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı heç bir öhdəlik daşınmır.
