BİRJA

19 Yanvar

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metallarının məzənnəsi

Finss.az - Azərbaycan Mərkəzi Bankı 19 yanvar 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.

Bülletenə əsasən, 1 ABŞ dolları – 1,7000 manat, 1 Avro – 1,9776 manat, 1 İngilis funt sterlinqi – 2,2772 manat səviyyəsində müəyyən edilib. Digər əsas valyutalar arasında 1 Avstraliya dolları – 1,1377 manat, 1 Kanada dolları – 1,2237 manat, 1 İsveçrə frankı – 2,1286 manat, 1 Çin yuanı – 0,2441 manat yer alıb.

Valyuta bazarında həmçinin 1 Gürcü larisi – 0,6314 manat, 1 Belarus rublu – 0,5753 manat, 1 Türk lirəsi – 0,0393 manat, 100 Yapon yeni – 1,0772 manat, 100 Rusiya rublu – 2,1807 manat qiymətləri təsbit olunub.

Bank metalları üzrə rəsmi məzənnələrdə 1 troy unsiya qızıl – 7 928,4430 manat, 1 troy unsiya gümüş – 157,8653 manat, 1 troy unsiya platin – 3 988,7780 manat, 1 troy unsiya palladium – 3 053,0640 manat səviyyəsində müəyyən edilib.

Mərkəzi Bank qeyd edib ki, açıqlanan məzənnələr üzrə valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı heç bir öhdəlik daşınmır.