Dünya bazarlarında aparılan ticarət əməliyyatları zamanı “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində cüzi azalma qeydə alınıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,42 ABŞ dolları və ya 3,37% azalaraq 69,29 ABŞ dollarına bərabər olub. Məlumata görə, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 71,71 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
