Əmtəə bazarlarında aparılan ticarət əməliyyatları zamanı qızıl və gümüş fyuçerslərinin qiymətində azalma qeydə alınıb.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,47% azalaraq 4 601,86 ABŞ dollarına bərabər olub.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 1,88% azalaraq 90,625 ABŞ dolları səviyyəsində formalaşıb.
