Nyu-Yorkun “NYMEX” əmtəə birjasında aparılan ticarət əməliyyatları zamanı təbii qaza olan fyuçers kotirovkalarının qiymətində artım qeydə alınıb.
Finss.az xəbər verir ki, 2026-cı ilin fevral ayında çatdırılmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə 1,15% artaraq 3,178 ABŞ dolları səviyyəsinə yüksəlib.
