“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin mart ayı üzrə fyuçers müqaviləsinin qiyməti 0,27% azalaraq 1 barel üçün 63,58 ABŞ dolları səviyyəsində formalaşıb.
Finss.az-ın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında isə 2026-cı ilin fevral ayında ixrac edilməklə “WTI” markalı neftin 1 barelinin qiyməti 0,22% ucuzlaşaraq 59,06 ABŞ dollarına bərabər olub.
