Finss.az - Azərbaycan Mərkəzi Bankı 15 yanvar 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.
Bülletenə görə, 1 ABŞ dolları – 1,7000 manat, 1 Avro – 1,9778 manat, 1 İngilis funt sterlinqi – 2,2820 manat səviyyəsində müəyyən olunub. Həmçinin 1 Avstraliya dolları – 1,1345 manat, 1 Kanada dolları – 1,2228 manat, 1 İsveçrə frankı – 2,1219 manat, 1 Çin yuanı – 0,2439 manat olaraq göstərilib.
Digər valyutalar üzrə məzənnələr belədir: 1 Gürcü larisi – 0,6307 manat, 1 Belarus rublu – 0,5753 manat, 1 Türk lirəsi – 0,0394 manat, 100 Yapon yeni – 1,0719 manat, 100 Rusiya rublu – 2,1676 manat.
Bank metalları bazarında isə 1 troy unsiya qızıl – 7 805,8560 manat, 1 troy unsiya gümüş – 149,2053 manat, 1 troy unsiya platin – 3 933,0435 manat, 1 troy unsiya palladium – 3 024,2490 manat səviyyəsində müəyyən olunub.
Mərkəzi Bank bildirib ki, göstərilən rəsmi məzənnələr üzrə valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı hər hansı öhdəlik daşınmır.
