Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində cüzi artım qeydə alınıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04% bahalaşaraq 68,54 ABŞ dolları səviyyəsinə yüksəlib. Bundan əvvəl “Azeri Light” nefti 68,51 ABŞ dolları ilə ticarət olunurdu.
Qeyd edək ki, 2026-cı il üzrə Azərbaycanın dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
