Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri azalıb.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin fevral ayı üzrə fyuçerslərinin qiyməti 0,18% enərək 1 troya unsiyası üçün 4 606,56 ABŞ dolları təşkil edib.
Bununla yanaşı, COMEX-də gümüşün 2026-cı ilin mart ayı üzrə bir unsiya fyuçerslərinin qiyməti 0,61% artaraq 85,61 ABŞ dollarına yüksəlib.
