BİRJA

13 Yanvar

“Brent” və “WTI” markalı neftin qiymətləri bahalaşıb

ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin mart ayı üzrə fyuçers müqaviləsinin qiyməti 0,36% artaraq 1 barel üçün 64,1 ABŞ dolları təşkil edib.

Finss.az-ın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac şərti ilə “WTI” markalı neftin 1 barelinin qiyməti isə 0,72% yüksələrək 59,75 ABŞ dollarına bərabər olub.