BİRJA

12 Yanvar

İnvestisiya şirkətlərinin əməliyyat dövriyyələrinin dinamikasına görə RENKİNQİ - YANVAR-DEKABR/2025

Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar–dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyat dövriyyələrinin illik dəyişməsini açıqlayıb.

Finss.az xəbər verir ki, illik dinamika baxımından ən sürətli artım “Troni İnvestisiya Şirkəti” QSC-də qeydə alınıb. Şirkətin dövriyyəsi ötən ilə nisbətən 55,6 dəfə artaraq 607 milyon manat olub.

İkinci yerdə MFX Trading İnvestisiya Şirkəti qərarlaşıb; şirkətin dövriyyəsi 3,6 dəfə artaraq 143,3 milyon manat, üçüncü pillədə isə “Xalq Kapital İnvestisiya Şirkəti” QSC yer alıb – dövriyyəsi 2,7 dəfə artaraq 1,31 milyard manat səviyyəsinə çatıb.

Böyük həcmdə əməliyyat aparan şirkətlər arasında bazar liderliyi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də qalıb. Şirkətin dövriyyəsi 17,89 milyard manat, illik artım isə 67% təşkil edib. Digər tərəfdən, “ABB İnvestisiya Şirkəti” QSC 35% azalma ilə 20,69 milyard manatlıq mənfi dinamika göstərib.

İllik dövriyyə dəyişiklikləri üzrə renkinq aşağıdakı kimi formalaşıb:

Rank Şirkət Məbləğ Fərqi (AZN) Dinamika
1 Troni İnvestisiya Şirkəti QSC 607 038 030 55,6 dəfə
2 MFX Trading İnvestisiya Şirkəti 143 343 794 3,6 dəfə
3 Xalq Kapital İnvestisiya Şirkəti QSC 1 305 469 113 2,7 dəfə
4 İnvest-Az İnvestisiya Şirkəti QSC 1 372 735 523 2,2 dəfə
5 CPM-İnvest İnvestisiya Şirkəti QSC 3 309 011 201 96%
6 İnno Kapital İnvestisiya Şirkəti ASC 149 706 182 83%
7 PAŞA Kapital İnvestisiya Şirkəti QSC 17 885 289 281 67%
8 Capital Partners İnvestisiya Şirkəti QSC 266 103 032 25%
9 Unicapital İnvestisiya Şirkəti ASC 663 908 248 18%
10 Assist Finance İnvestisiya Şirkəti ASC -1 782 378 186 -29%
11 ABB İnvestisiya Şirkəti QSC -20 687 295 927 -35%
12 CFI Financial İnvestisiya Şirkəti QSC -2 338 739 290 -12 dəfə
13 ASC Xalq Bankı 5 616 610 100%

BFB-nin açıqladığı məlumatlara görə, 2025-ci il ərzində investisiya şirkətləri arasında həm iri, həm də kiçik kapital bazarlı şirkətlər aktiv ticarət həyata keçirərək bazarda iştirakını davam etdirib.

Fuad Mədətov
Finss.az