BİRJA

12 Yanvar

Dünya əmtəə bazarlarında qızıl və gümüşün qiyməti yüksəlib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətlərində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1,78% yüksələrək 4 581,2 ABŞ dollarına çatıb.

Eyni zamanda, COMEX birjasında gümüş bazarında da bahalaşma müşahidə olunub. Məlumata görə, 2026-cı ilin mart ayı üzrə gümüşün bir unsiyası üçün fyuçerslərin qiyməti 5,28% artaraq 83,53 ABŞ dolları səviyyəsində formalaşıb.