BİRJA

12 Yanvar

Dünya bazarlarında neftin qiyməti artıb

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin qiymətində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, 2026-cı ilin mart ayı üzrə ixrac müqaviləsinin dəyəri 0,08% yüksələrək bir barel üçün 63,39 ABŞ dolları səviyyəsinə çatıb.

Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında da neft qiymətlərində müsbət dinamika müşahidə olunub. Bildirilib ki, 2026-cı ilin mart ayında ixrac şərti ilə “WTI” markalı neftin bir barelinin qiyməti 0,37% artaraq 59,16 ABŞ dolları təşkil edib.