BİRJA

12 Yanvar

Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiymətində artım qeydə alınıb.

Finss.az-ın məlumatına görə, ticarət sessiyası zamanı təbii qaz üzrə qiymətlər müsbət dinamika nümayiş etdirib.

Bildirilib ki, 2026-cı ilin fevral ayında çatdırılma şərti ilə təbii qaz fyuçerslərinin qiyməti 1 milyon BTU üçün 2,3% artaraq 3,242 ABŞ dollarına yüksəlib.