BİRJA

12 Yanvar

Qlobal neft bazarında artım

Finss.az xəbər verir ki, qlobal neft bazarında qiymətlər cümə axşamı günü təklifin sabitliyi ilə bağlı narahatlıqlar fonunda artım nümayiş etdirib. İnvestorların diqqəti neft bazarında mövcud balans və mümkün risklərə yönəlib.

Londonun ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 18:15-ə olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 1,25 dollar və ya 2,02% artaraq 63,24 dollar/barel səviyyəsinə yüksəlib.

Eyni zamanda, Nyu-York Ticarət Birjasında fevral ayı üçün WTI markalı neftin fyuçersləri 1,31 dollar və ya 2,27% bahalaşaraq 59,07 dollar/barel olub.

Gün ərzində Brent fyuçersləri ümumilikdə 3,4%, WTI fyuçersləri isə 3,2% artım göstərib. Analitiklərin fikrincə, neft qiymətlərində müşahidə olunan bu dinamika qlobal enerji bazarında təkliflə bağlı risklərin bazar iştirakçıları tərəfindən diqqətlə izlənildiyini göstərir.