Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Finss.az-ın məlumatına görə, Azərbaycan neftinin bir barelinin qiyməti 1,04 ABŞ dolları və ya 1,61 faiz bahalaşaraq 65,64 ABŞ dolları səviyyəsinə yüksəlib.
Qeyd olunur ki, bundan əvvəl “Azeri Light” markalı neftin qiyməti 64,6 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2025-ci il üzrə Azərbaycanın dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
