BİRJA

09 Yanvar

Qızıl və gümüşün qiymətləri artıb

Əmtəə bazarlarında aparılan ticarət əməliyyatları zamanı qızıl üzrə fyuçers qiymətlərində artım müşahidə olunub.

Finss.az-ın birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,26 faiz yüksələrək 4 472,26 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Məlumata əsasən, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 1,64 faiz artaraq 76,375 ABŞ dolları təşkil edib.