“ICE London” qitələrarası birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə qiymətlərdə artım müşahidə olunub.
Finss.az-ın məlumatına görə, 2026-cı ilin mart ayı üçün nəzərdə tutulan fyuçers müqaviləsinin dəyəri 0,66 faiz yüksələrək bir barel üçün 62,4 ABŞ dolları səviyyəsinə çatıb.
oxşar qiymət dinamikası Nyu-Yorkda yerləşən “NYMEX” əmtəə birjasında da qeydə alınıb. Burada 2026-cı ilin fevral ayı üzrə ixrac şərti ilə “WTI” markalı neftin bir barelinin qiyməti 0,69 faiz artaraq 58,16 ABŞ dolları təşkil edib.
