BİRJA

08 Yanvar

1 karatlıq almazların qiyməti dekabrda yenidən ucuzlaşıb

Finss.az xəbər verir ki, RapNet Diamond İndeksini (RAPI) hesablayan ixtisaslaşmış agentlik Rapaport-un məlumatına görə, 1 karatlıq almaz qiymət indeksi dekabr ayında 2,3% azalıb.

Qeyd olunur ki, bu indeksə rəngləri D-dən H-yə qədər, şəffaflıq dərəcələri isə IF-dən VS2-yə qədər olan 1 karatlıq dairəvi parlaq almazlar daxildir. Azalma qlobal almaz bazarında tələbin zəifləməsini əks etdirir.

Eyni zamanda, 0,3 karatlıq almazlar üçün RAPI indeksi 9,3%, 0,5 karatlıq almazlar üçün isə 6,4% enib. Bu geriləmə əsasən Hindistan bazarında qiymətlərin aşağı düşməsi ilə əlaqələndirilir.

Bununla yanaşı, iri ölçülü almazlar nisbətən stabil qalıb. Belə ki, 3 karatlıq almazlar üzrə indeks dekabr ayında 0,3% artım göstərib. Analitiklər bunu yüksək seqmentə olan davamlı maraqla izah edirlər.