Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətlərində azalma qeydə alınıb.
Finss.az-ın birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,68% azalaraq 4 432,26 ABŞ dolları səviyyəsində formalaşıb.
Məlumata əsasən, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 1,9% geriləyərək 76,14 ABŞ dollarına enib.
