Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma müşahidə olunub.
Finss.az-ın məlumatına görə, Azərbaycan neftinin bir barelinin qiyməti 1,13 ABŞ dolları və ya 1,72% azalaraq 64,6 ABŞ dollarına enib. Bildirilir ki, əvvəlki ticarət sessiyasında “Azeri Light” markalı neftin qiyməti 65,73 ABŞ dolları səviyyəsində olub.
Xatırladılır ki, Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
