Nyu-Yorkun “NYMEX” əmtəə birjasında aparılan ticarət əməliyyatları zamanı təbii qaza olan fyuçers kotirovkalarında artım qeydə alınıb.
Finss.az-ın məlumatına görə, 2026-cı ilin fevral ayında çatdırılma şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə 1,07% yüksələrək 3,598 ABŞ dolları səviyyəsində formalaşıb.
