BİRJA

08 Yanvar

Dünya birjalarında neft bahalaşıb

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin ixracına dair 2026-cı ilin fevral müqaviləsinin dəyərinin 0,57% artaraq bir barel üzrə 60,3 ABŞ dollarına çatdığı bildirilir.

Finss.az-ın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında isə 2026-cı ilin mart ayı üzrə ixrac şərti ilə “WTI” markalı neftin bir barelinin qiyməti 0,55% bahalaşaraq 56,3 ABŞ dolları səviyyəsində qərarlaşıb.