Əmtəə bazarlarında qızıl fyuçerslərinin qiymətində azalma müşahidə olunub.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,39% ucuzlaşaraq 4 478,50 ABŞ dolları səviyyəsinə enib.
Məlumata görə, qiymətli metallar bazarında gümüş də eniş trendi nümayiş etdirib. Belə ki, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti 1,45% azalaraq 79,90 ABŞ dolları təşkil edib.
