BİRJA

07 Yanvar

Neftin qiyməti yenidən ucuzlaşdı

Finss.az xəbər verir ki, çərşənbə axşamı keçirilən ticarət zamanı qlobal neft bazarında qiymətlər yenidən eniş göstərib. Bazar iştirakçıları bir sıra geosiyasi hadisələri və siyasi açıqlamaları diqqətlə izləməyə davam edirlər.

Treyderlərin diqqət mərkəzində Venesuelada baş verən proseslər, İsrailin İranla bağlı son açıqlamaları, eləcə də Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa liderləri ilə görüşünün mümkün nəticələri dayanır.

London ICE Futures Birjasında mart ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 18:20-yə olan məlumata görə 0,40 dollar və ya 0,65% azalaraq 61,36 dollar səviyyəsində qərarlaşıb.

Eyni zamanda, Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində fevral ayı üçün WTI markalı neftin fyuçersləri 0,39 dollar və ya 0,67% ucuzlaşaraq 57,93 dollar təşkil edib.

Analitiklər hesab edirlər ki, yaxın dövrdə neft qiymətlərinin dinamikası əsasən geosiyasi risklərin inkişafıqlobal tələbatla bağlı gözləntilərdən asılı olacaq.