Finss.az - Azərbaycan Mərkəzi Bankı 6 yanvar 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının rəsmi məzənnələrini açıqlayıb.
Bülletenə görə, 1 ABŞ dolları 1,7000 manat, 1 Avro 1,9947 manat, 1 İngilis funt sterlinqi 2,3043 manat səviyyəsində müəyyən edilib. Avstraliya dolları 1,1432 manat, Kanada dolları 1,2350 manat, İsveçrə frankı 2,1488 manatdır. Çin yuanı 0,2435 manat, Belarus rublu 0,5778 manat, Gürcü larisi 0,6302 manat, 100 Yapon yeni 1,0870 manat, Türk lirəsi isə 0,0395 manat təşkil edir.
Bank metallarında 1 troy unsiya qızıl 7 594,7415 manat, 1 troy unsiya gümüş 133,7874 manat, 1 troy unsiya platin 3 964,6040 manat, 1 troy unsiya palladium 2 969,7215 manatdır.
Mərkəzi Bank vurğulayıb ki, açıqlanmış məzənnələr üzrə alqı-satqı öhdəliyi mövcud deyil.
