BİRJA

06 Yanvar

Dünya bazarlarında Brent və WTI nefti bahalaşıb

Dünya neft bazarlarında qiymətlərdə artım müşahidə olunub.

Finss.az xəbər verir ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin ixracına dair 2026-cı ilin fevral ayı üçün fyuçers müqaviləsinin dəyəri əvvəlki sessiya ilə müqayisədə 0,31% bahalaşaraq 1 barel üçün 61,57 ABŞ dolları təşkil edib.

Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac şərti ilə “WTI” markalı neftin bir barelinin qiyməti də artım nümayiş etdirib. Belə ki, WTI neftinin fyuçersləri 0,39% yüksələrək 58,09 ABŞ dollarına bərabər olub.