BİRJA

06 Yanvar

Dünya birjalarında qızıl və gümüş qiymətləri artıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətlərində artım müşahidə olunub.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral ayı üçün fyuçers kontraktlarının qiyməti əvvəlki sessiya ilə müqayisədə 0,49% bahalaşaraq 4 473,1 ABŞ dolları səviyyəsinə çatıb.

Eyni zamanda, COMEX birjasında gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də artım nümayiş etdirib. Belə ki, gümüş fyuçersləri 2,22% yüksələrək 78,59 ABŞ dollarına bərabər olub.