BİRJA

06 Yanvar

Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,68 ABŞ dolları və ya 2,6% bahalaşaraq 65,8 ABŞ dollarına yüksəlib. Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 64,12 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2026-cı il üzrə Azərbaycanın dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Hazırkı qiymət artımı büdcə proqnozlarına uyğunluq baxımından müsbət qiymətləndirilir.