BİRJA

06 Yanvar

Qlobal Neft Bazarı Yaşıl Zonada

Finss.az xəbər verir ki, bazar ertəsi axşamı qlobal enerji bazarlarında neft qiymətləri yüksəlişini sürətləndirib. Londonda fəaliyyət göstərən ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçersləri Moskva vaxtı ilə saat 18:25-ə olan məlumata əsasən 0,59 dollar və ya 0,97 faiz artaraq bir barel üçün 61,34 dollara çatıb.

Eyni zamanda, Nyu-York Ticarət Birjasında (NYMEX) fevral ayı üçün WTI markalı neftin fyuçersləri də müsbət dinamika nümayiş etdirib. Belə ki, WTI neftinin qiyməti 0,56 dollar və ya 0,98 faiz artaraq 57,88 dollar səviyyəsində qərarlaşıb.

Analitiklər neft qiymətlərindəki bu artımı qlobal tələbin bərpası ilə bağlı gözləntilər və enerji bazarlarında artan nikbinliklə əlaqələndirirlər.