Finss.az - Azərbaycan Mərkəzi Bankı 5 yanvar 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının rəsmi məzənnələrini açıqlayıb.
Bülletenə görə, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat, avro 1,9859 manat, ingilis funt sterlinqi isə 2,2822 manat səviyyəsində müəyyən edilib.
Avstraliya dolları 1,1341, Kanada dolları 1,2344, İsveçrə frankı isə 2,1405 manat təşkil edir. Digər valyutalar arasında Çin yuanı 0,2435 manat, Belarus rublu 0,5778 manat, Gürcü larisi 0,6305 manat, 100 Yapon yeni 1,0808 manat, Türk lirəsi isə 0,0395 manatdır.
Bank metallarında qızılın troy unsiyası 7 488,6530 manat, gümüş 128,3883 manat, platin 3 731,2790 manat, palladium isə 2 844,8395 manat səviyyəsində açıqlanıb.
Mərkəzi Bank qeyd edib ki, açıqlanmış məzənnələr üzrə alqı-satqı öhdəliyi yoxdur.
