Əmtəə bazarlarında qızıl üzrə fyuçerslərin qiymətinin yüksəldiyi bildirilib.
Finss.az-ın birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 2,02% artaraq 4 417,05 ABŞ dolları səviyyəsinə çatıb.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiymətinin də artdığı qeyd olunub. Məlumata əsasən, gümüş fyuçersləri 5,9% bahalaşaraq 75,205 ABŞ dolları təşkil edib.
