BİRJA

30 Dekabr

Qızıl və gümüş fyuçersləri bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçers qiymətləri artıb.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1,03% yüksələrək 4 388,25 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçersləri isə 5,51% artaraq 74,34 ABŞ dolları səviyyəsinə çatıb.